Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçiriləcək

Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək.

Polise.az xəbər verir ki, bu barədə məlumat BMT-nin rəsmi saytında paylaşılıb.

Dinləmələr Bakı vaxtilə saat 16:00-da keçiriləcək və Azərbaycanın 2023-cü ilin yanvarın 3-ü Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib.

İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya ilə bağlı (Azərbaycan Ermənistana qarşı) ictimai dinləmələr Haaqadakı Sülh Sarayında Coan Donoqyunun hakimliyi ilə baş tutacaq.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button