AZƏRBAYCANIN İRANDAKI SƏFİRLİYİNƏ EDİLƏN HÜCUM İRANIN TƏŞKİL ETDİYİ TERRORDUR-SİYASİ TERROR!

Son 10 gün ərzində Azərbaycan “qardaş”sandığı dövlət tərəfindən təqib olunur və terrorçuluğa məruz qaldı.Heç vaxt gözləmədiyimiz qonşu bir dövlətin molla rejimi son aylar sanki bizdən qisas alır, rejimə qarşı etiraz aksiyasının iştirakçılarına xüsusi amansızlıqla divan tutur.Xoy şəhərində baş verən zəlzələdən əziyyət çəkən ,30 dərəcə şaxtalı havada ölümlə üzbəsurət qalan evsiz-eşiksiz qalanlara İranın fars rejimi heç bir yardım göstərmir,Türkiyə və Azərbaycanın isə yardımını qəbul etmir,yaxın buraxmır.Bu ,Yezidə xas bir davranış,dövlətin xalqa xəyanətidir.

Xalqa və dövlətə bəlli düşmənlərlə mübarizə aparmaq

itkilərlə başa gəlsə də,44 gün ərzində ZƏFƏR qazanıldı.

Sən demə ,daxili düşmənlər daha təhlükəli,daha güclü və daha çox zərər verirlərmiş.

Nə yaxşı ki,ölkənin DİO-nun və DTX-nın əməkdaşları son dərəcə ayıq və sayıqdırlar.Əhalidən və digər səhih mənbələrdən daxil olan məlumatlar tədricən təsdiqini tapdı.Doğma Azərbaycana qarşı “döğma vətəndaşları” Vətənə və dövlətə xəyanət edib, casusluğa önəm verənlər zərgər incəliyi ilə yadda qalan əməliyyat tədbirləri nəticəsində ifşa olundular..Düşmənə sərf edən məlumatları qarşı tərəfə ötürmək üçün toplayan bədheybətlər yaxalandılar. Həyata keçirilən təxirəsalınmaz axtarış və kəşfiyyat xarakterli tədbirlər nəticəsində əvvəl iki media xəbər portalı daxil olmaqla ,7 nəfər saxlanıldı.Hipotetik düşüncə tərzi casus şəbəkəsinin geniş olduğunu təsdiqləyirdi.Və növbəti gün qrupun 30 nəfəri də saxlanıldı.Kənarda qalan yenə var.Sırada xarici dövlətlər və təşkilatlar tərəfindən maliyələşən QHT-lər,habelə Media xəbər portalların da olması ehtimal edilir.Şübhə yoxdur ki,yaxın günlərdə onlar da ifşa olunacaqlar.

01 fevral 2023-cü ildə İran tərəfindən təchiz edilən narkotiq maddələrin qanunsuz dövriyyəsilə bağlı mütəşəkkil bir dəstə -46 nəfər də saxlanıld.Bu, DİN-nin peşəkar sayıqlığının yüksək göstəricisidir. Məsələ son dərəcə ciddi və dövlətçilik üçün önəm kəsb edir.

Özünün vətənə və dövlətə mənsub olduğunu düşünən hər kəs seyirçi mövqedə durmamalı, bu sahədə qabiliyyətinə uyğun dəstək verməyi bacarmalıdır.Əks təqdirdə bilib xəbər verməmək vətənə sədaqətsizlik kimi dəyərləndiriləcək,susmaq isə bu ağır cinayətdə iştirakçılığa bərabər tutular.

Bu tipli ağır hadisələrin qarşısını almaq məqsədilə Dövlətə xəyanətə və Casusluğa, habelə dövlətin Konstitusion quruluşuna qəsd edənlər müstəsna cəzaya məruz qalmalıdırlar.Cəzanın sərtliyi casusların əməlinin dərəcəsinə tam uyğun və sərt cəzanın tətbiqi ilə sosial ədalət bərpa olar,baş verəcək təkrar cinayətlərin də qarşısı nə qədər də olmasa alınar.

Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər

Nazirliyinin daxil olan məlumatlara çevik,prinsipal və yüksək peşəkarlıqla reaksiya verməsi son dərəcədə qürurvericidir,Azərbaycana qarşı düşmən mövqeyində olan ermənipərəstlərə sərt cəzadan da yüksəkdir.

Tanrı içdiyi anda sədaqət nümayiş etdirən peşəkar əməliyyatçıları və onları təlimatlandıran ali rütbəli personaları qorusun!

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button