Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

İyunun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a bildirilib ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button