Bakı boşaldılsın, əhali rayonlara… – Baş infeksionist nələr təklif edir?

“Bu məsələdə tələskənliyə yol vermək olmaz”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın boşaldılması üçün insanların ailəliklə müəyyən müddətə rayonlara buraxılmasına icazə verilməsi və bu zaman onların öhdəlik götürməsi, bu öhdəlik pozulduğu halda cəzalandırılmaları təklifinə münasibət bildirərkən baş infeksionist Cəlal İsayev deyib:

“Avqustun 5-dən sonra katantin müddətinin uzadılması və ya yumşaldılmasına baxılacaq.Bu fonda əhalinin paytaxtdan rayonlara buraxılıb buraxılmaması məsələsində fikirlər haçalanır. Hesab edirəm ki, bu istiqamətdə müəyyən mexanizmlər işlənib hazırlanmalıdır ki, rayonlara gedənlər nəzaət altına götürülə bilsin. Bu insanlar öhdəlik götürməlidir”.

Həmsöhbətimiz indiki dövrdə belə bir addımın atılmasının təhlükəli olduğu qənaətindədir:

“Hər halda indiki dövrdə əhalinin rayonlara buraxılması müəyyən qədər təhlükəlidir. Görürsünüz ki, virusa yoluxanların sayı 320-yə düşmüşdü, ancaq yenidən 419-a qalxdı. Hər halda əhalinin rayonlara buraxılması məsələsində son nəticələrə əsaslanaraq qərara gəlmək olar.Yalnız tam stabillik olandan sonra bu barədə qərar vermək olar. İndiki rəqəmlərlə ifadə olunan yoluxma hadisələri təhlükəli rəqəmdir. Aparılan işlər nəticəsində yoluxma sayında müəyyən stabilləşmə olsa da, rəqəm hələ də yüksəkdir.

Ona görə də bu barədə tələskənliyə yol vermək olmaz. Rayonlardakı, Bakıdakı hadisələr təhlil olunduqdan sonra bir qərara gəlmək olar”.

“İnsanlar rayonlara buraxılsın, Bakıda sərbəst gəzsinlər”.

Bunu isə sayta açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla dedi:

“Hesab edirəm ki, karantin qaydaları yumşaldılmalıdır. İnsanların rayonlara buraxılması, Bakıda sərbəst gəzmələri təmin olunmalıdır. Amma karantin davranışları sərtləşdirilməlidir.İnsanlar müəyyən yerlərdə, qapalı məkanlarda müəyyən davranışlara ciddi riayət etməlidir. Eyni zamanda, məyyən əlamətlər yoxlanılmalıdır. Yəni xəstə olanlar deyil, yaxşı olar ki, sağlam adamlarrayonlara getsin, istirahət etsinlər, çimərliklər açılsın. Bu istiqamətdə təkliflər hazırlamışıq”.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close