MHP lideri: Ərdoğanın İlham Əliyevi Ankaraya dəvət etməsi xüsusi əhəmiyyət kəsb edir

“Türkiyəni Türk dünyasından ayrı nəzərdən keçirən və Türkiyəsiz türk dünyası planını həyata keçirməyə çalışan yanaşmaları diqqətlə izləyirik”.

Polise.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Türk dövlətləri arasındakı münasibətlər kənardan hazırlanacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara sığmayacaq qədər dərin tarixi təmələ malikdir. Türk dünyasının gələcəyi müstəqil dövlətlərimizin suverenliyinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa, etimada və qardaşlıq hüququna əsaslanır. Gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşü məhz bu tarixi məsuliyyətin və ortaq gələcək iradəsinin mühüm təzahürü olacaq. Türk dünyasının gücünü qarşılıqlı etimad və həmrəylik şəraitində tapmalı olduğu aydındır. Bu birlikdən narahat olanların gözləntiləri qardaş dövlətlərimizin ortaq iradəsi qarşısında reallaşmayacaq.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Prezidenti cənab İlham Əliyevi Ankaradakı zirvə görüşünə dəvət etməsi Türkiyə-Azərbaycan münasibətlərinin daşıdığı tarixi-strateji dəyərin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir”, – MHP lideri bildirib.

Dövlət Baxçalı vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı bağlar gündəlik siyasi hadisələrdən və müvəqqəti fikir ayrılıqlarından kənarda, ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqlarımızın mənəvi birliyi üzərində yüksəlir:

“Dövlətlər arasında fərqli yanaşmalar və həllini gözləyən məsələlər, əlbəttə, yarana bilər. Əsas məsələ bu problemləri qardaşlıq hüququna xələl gətirmədən, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirməkdir.

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı etimadın qorunması iki dövlət arasındakı həmrəyliyin davam etdirilməsi və türk dünyasının ortaq gələcəyinin təminat altına alınması baxımından əvəzolunmazdır”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button