“BAKI İLƏ RAZILIQ ƏLDƏ OLUNUB” – Mariya Zaxarova

“Moskva və Bakı, Azərbaycan ərazisində saxlanılan Rusiya Federasiyasının 13 vətəndaşına Rusiya konsulluq nümayəndələrinin baş çəkməsi ilə bağlı razılıq əldə ediblər.”

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün açıqlama verib. O, ziyarət tarixlərinin dəqiqləşdirilmədiyini bildirib.

Xatırladaq ki, Bakıda Rusiya vətəndaşlarından ibarət kriminal dəstə zərərsizləşdirilib. Habelə “Sputnik” agentliyində əməliyyat keçirilib və xüsusi xidmət orqanlarının iki əməkdaşı saxlanılıb. Onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button