Bakıda 5000 narkomana müalicə üçün 400 yerlik dispanser var(?)

Vətəndaş cəmiyyəti termini sivil cəmiyyət anlamında hələ xvııı əsrdə, avropada istifadə edilib. Vətəndaş cəmiyyətinin təməlində hamının qanunun tələblərinə sözsüz tabe olması, hamının təhlükəsizliyinin və xoş məramla davam edən idarəçiliyin təmini durur.

Vətəndaş cəmiyyətinin ədalətli quruluşu cəmiyyətin qavrayıb dərk etdiyi hüquq normalarının bazası ilə səciyyələnir.

Qüvvədə olan hüquq normaları insanların təbii(adət hüququ) hüquq və azadlıqlarının müdafiəsinə zəmanət verə biləcək həddə olmalıdır.Burada məqsəd insanların vətəndaş cəmiyyətinə və hakimiyyətə təsir imkanlarını azad və sərbəst həyata keçirə bilməsindən, fərdlərin isə müstəqil olmasından ibarətdir…

Amma,bu hüquqi imkanlar da fərdlərin davranışlarını qəlibə sala biləcək bacarığında olmalıdır ki, cəmiyyətə və hakimiyyətə təsir imkanları mümkün olsun.Əks təqdirdə sivil cəmiyyətin(society sivilis)mənası olmayacaq!

Son iki il ərzində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı prinsipal mövqe nümayiş etdirilir.Narahat gecələr və xidmətlə davam edən mübarizə siyasəti vəziyyəti sivil cəmiyyətin ovqatına uyğun dəyişməyə çalışsa da,yenə görmədiyimiz çətinliklər qarşıya çıxır.

Yeniyetmələr sırasında sosial bəlaya məruz qalan qurbanların olması həyacan təbilini zəruri edir.Bu hal cəmiyyət üçün fövqaladə dərəcədə təhlükəli SOVİDin təhlükəlilik dərəcəsindən az deyil.

Respublika Narkoloji Mərkəzinin statistikasına görə narkotik istifadəçilərinin sayı son 3 il ərzində artımla müşahidə edilir.Belə ki,2019-cu ildə istifadəçilərin sayı 32 min 921 nəfər,2020-ci ildə 33 min 788 nəfər,2021-ci il ərzində isə narkotikdən istifadəçilərin sayı 34 min 602 nəfər təşkil edib.Narahatlıq doğuran hal ondan ibarətdir ki,2019-cu ildə 32 min… istifadəçilərin 641 qadın,9 yeniyetmə,2020-ci ildə 33 min …istifadəçilərin 618 qadın və 9 yeniyetmə,2021-ci ildə isə 34 min…istifadəçinin 566 nəfəri qadın,14 nəfəri isə yeniyetmə təşkil edib(qeydə alınıb.)Faktların müəyyən hissəsinin(bəlkə də iki dəfə çox)qeydə alınmaması-latent xarakter daşıması da ehtimal edilir.Əldə edilən məlumata görə Bakı şəhərinin Narkoloji dispanserlərində(müalicə üçün nəzərdə tutulan belə müəssisələr çox azdır)narkomaniyadan asılı vəziyyətdə olan şəxslərin müalicəsi üçün yer azdır.

Məs: Bakı dispanserlərində 5000 narkomanın müalicəsi üçün 400 yer var.Bu məqsədlə ixtisaslaşmış müəssisələr çatışmır. Digər problem istifadəçilərin dispanserlərdə müalicəsindən sonra reabilitasiya mərkəzlərinə yönləndirilməsinin mümkün olmamasıdır. Həmin mərkəzlər özəl sektorlardır və xəstələrin maddi imkanlarına görə əlçatmazdır. Məhz bu səbəbdən dispanserlərdə müalicə alanların az bir qismi asılılıqdan qurtula bilirlər.Yerdə qalan istifadəçilər yenidən “tələyə”düşürlər.

Dövlət,Ali məqsədindən irəli gələn konstitusion müddəalara uyğunnarkoman vətəndaşlarının müalicəsini tam olaraq öhdəsinə götürməklə narkomanların sayı azalar.Belə yanaşma hüquqi dövlətin mayasını təşkil edən vətəndaş-sivil cəmiyyətin canlı təzahürü ölkədə məmnunluqla qarşılanacaq.Bu sosial bəla haqda “savaşa”nə qədər tez başlasaq bir o qədər rahat olarıq.

Şəmsəddin Əliyev,
hüquqşünas-publisist

Hamısını Göstər

Related Articles

Back to top button