Bakıda gecə saatlarında dəhşətli hadisə – Bir uşaq öldü, digəri yaralandı

Bakıda avtomobil ana və övladlarını vurub, uşaqlardan biri ölüb.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları – 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button