Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı – Foto

Bakıda “28 May” metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib.
İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları ictimai asayişin pozulmasının qarşısını alaraq bir qrup şəxsi saxlayıblar. Məlumatda saxlanılanların sayının 200 nəfəri keçdiyi iddia olunur.(“Qafqazinfo”)

Polise.az



