Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayonunun sakini Nicat Nuriyev tutulub.

Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə aldığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close