Balakəndə narkotik vasitə becərən keçmiş məhkum saxlanılıb

Balakəndə istixanada narkotik yetişdirən keçmiş məhkum saxlanılıb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş rayonun Qullar kənd sakini Ələsgər Alqayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən 44 ədəd çətənə bitkisinin şitilləri və həmin narkotik vasitənin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button