Balakəndə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdən snayper aşkarlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində
narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb.
Onlardan ümumi çəkisi 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də yivli odlu
silah aşkar edilib. Həmin şəxslərdən birinin pul müqabilində İran vətəndaşına
narkokuryerlik etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum
olunmuş Qullar kənd sakini Vüqar Ağcayev tutulub. Şəxsi axtarış zamanı ondan
külli miqdarda – 2 kiloqram 230 qram heroin aşkarlanıb. Araşdırma zamanı Vüqar
Ağcayevin “Whatsapp” sosial şəbəkəsində İran vətəndaşı ilə əlaqə yaradaraq ona
narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə saxlanılan şəxs 2000 manat
qarşılığında həmin narkotiki Balakəndən paytaxta aparmaq istəyərkən polis
əməkdaşları tərəfindən yaxalanıb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-
axtarış tədbiri nəticəsində isə yaşadığı ünvanda odlu silah-sursat və narkotik vasitə
gizlətməkdə şübhəli bilinən Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən, eləcə
də evindən 110 qram marixuana, snayper tüfəngi və həmin silaha məxsus patronlar
aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı isə daha 3 nəfər-Mətin Məmmədov,
Həmid Göylərov və Murad Bayoqluyev tutulub. Onların hər üçündən marixuana
aşkarlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Mətin Məmmədovun
üzərindən aşkarlanan narkotik vasitəni Həmid Göylərovdan, Həmid Göylərovun
isə Murad Bayoqluyevdən aldığı məlum olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində
keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin satışı, saxlanılması
və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif
növ narkotik dövriyyədən çıxarılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button