Baş leytenant yüksək vəzifəyə təyin edildi

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Mirxəyal Hüseynov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, bundan əvvəl o, həmin bölmənin Yol Patrul Xidmətində baş inspektor vəzifəsində çalışıb.

Məlumatı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan təsdiq ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button