Baş nazir: İsveçin NATO-ya qəbulu Türkiyədən asılıdır
İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzv olmaq istəyinin oktyabrda Türkiyə parlamentində təsdiqlənəcəyini əminliklə deyə bilməyəcəyini bildirib.
Polise.az -ın xəbərinə görə, İsveçin NATO-ya qəbulu ilə bağlı açıqlamasında Kristersson bildirib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərarı Türkiyə verəcək.
Baş nazir qismən deyib: “Mən söz verə bilmərəm ki, NATO üzvlüyü oktyabrda təsdiqlənəcək. Bu qərarı Türkiyə verir”.
Polise.az