Bayden: “Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə bilərdik”

ABŞ prezidenti Co Bayden Rusiya ilə ölkəsinin münasibətlərinə dair çıxış edib.

TASS xəbər verir ki, dövlət başçısı Rusiya ilə münasibətlərə məsuliyyətlə yanaşdığını bildirib. O, həmçinin ABŞ-ın Rusiyaya qarşı daha ciddi sansiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib.

Ağ Ev rəhbəri Rusiyanın Ukrayna sərhədlərindəki aktivliyindən narahatlığını ifadə edib. O, qeyd edib ki, həm Rusiya, həm də ABŞ dünyanın gələcəyilə bağlı üzərinə düşən məsuliyyəti dərk etməlidir.   

Bayden rusiyalı həmkarı ilə şəxsi münasibətlərin vacibliyini vurğulayaraq, Putinə yay aylarında Avropada görüşməyi təklif etdiyini bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close