Bayden Trampla Putinin telefon danışıqlarının gizli saxlanılan detallarını öyrənə bilər

ABŞ-ın eks-prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarının detallarını gizlədib, lakin indi hazırki dövlət başçısı Co Baydenin bu danışıqların məzmunu ilə tanış olmaq imkanı var.

Bu barədə “Politico” nəşri yazıb.

Nəşr qeyd edir ki, D.Tramp və V.Putin arasında telefon danışığının məzmunu gizli saxlanılır. İndi isə Co Baydenin müşavirləri D.Trampın gizli danışıqlar aparıb-aparmadığını və ya Putin hər hansı bir razılaşma bağlayıb-bağlamadığını öyrənməyə çalışır.

Danışıqlar qeydə alınmasa da, D.Trampın bəzi köməkçiləri onlara qulaq asıb və qeydlər götürüblər. Məhz bu informasiya Co Baydenin komandasına təqdim oluna bilər.

Hamısını Göstər

Related Articles

Back to top button