Belarus xüsusi təyinatlıları Ukrayna ilə sərhəddə təlimlər keçirir
Ukrayna Təhlükəsizlik Xidməti Belarusla sərhəddə yerləşən Rovno vilayətində genişmiqyaslı təlim təşkil edib.
APA xəbər verir ki, məlumatı Ukrayna Təhlükəsizlik Xidməti “Facebook”da paylaşım edib. Bildirilib ki, təlimin ssenarisi Ukrayna ərazisində daxil olan düşmən diversantlarının və müşahidə qruplarının zərərsizləşdirilməsini nəzərə tutub. Ssenariyə əsasən diversiya qruplarından biri şəhərə soxulmağa cəhd edib, digər qrup isə energetika müəssisənin rəhbərini ailəsi ilə birlikdə girov götürərək psixoloji təzyiq və fiziki zorakılıqdan istifadə edərək əməkdaşlığa məcbur etməyə çalışıb. Təlimlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrinin, Milli Polisin, Fövqəladə Hallar Xidmətinin, Milli Qvardiyanın bölmələri, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
- AEBA rəhbəri Zaporojye AES-də təhlükəsizlik zonasının yaradılmasını müzakirə edəcək
- Türkiyə və ABŞ İŞİD-ə yardım edən 5 fiziki və 2 hüquqi şəxsin aktivlərini dondurub
- Britaniya İrana qarşı sanksiyalarını davam etdirəcək
Koordinasiya qrupu Ukraynanın şimal-qərbindəki sərhədyanı ərazilərdə mümkün təxribatların qarşısının alınmasında idarələrarası qarşılıqlı fəaliyyəti müsbət qiymətləndirib.