Berlinin alınması yenidən gündəmdə: Rusiya ilə Polşa arasında bayraq qalmaqalı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanı “qələbəni mənimsəməkdə” ittiham edib.
Polise.az Musavat.com -a istinadən xəbər verir ki, qalmaqal Berlinin alınması ilə bağlı proqramda Polşa əsgərlərinin rolunun vurğulanmasından sonra yaranıb. Bildirilib ki, 1945-ci il mayın 2-də Kostyuşko diviziyasının döyüşçüləri Qələbə sütunu üzərində ağ-qırmızı bayraq qaldırıblar.
Zaxarova isə bu təqdimata etiraz edərək, Varşavanın “özünü yeganə qalib kimi göstərməyə çalışdığını” iddia edib və bununla Qırmızı Ordunun rolunun kölgədə qoyulduğunu bildirib.
Polise.az



