Tramp: İranın yeni təklifi qəbulolunmazdır

ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən təqdim edilən yeni razılaşma təklifini nəzərdən keçirdiyini və onu qəbulolunmaz hesab etdiyini bildirib.
Polise.az Teleqraf -a istinaən xəbər verir ki, bu barədə Tramp İsrailin Kan dövlət teleradio şirkətinə verdiyi müsahibədə danışıb.
“İranın yeni təklifini araşdırdım və mənim üçün qəbulolunmazdır”, – deyə ABŞ lideri qeyd edib.
Qeyd edək ki, İran son dövrlərdə ABŞ-yə münaqişənin həlli ilə bağlı müxtəlif təkliflər təqdim edib və tərəflər arasında diplomatik müzakirələr davam edir.
Polise.az



