Beyrutda baş verən partlayışın səbəbi məlum olub

Livanın paytaxtı Beyrutun limanında baş verən güclü partlayışın səbəbi məlum olub.

Limanın anbarlarından birində saxlanılan 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) partlayıb.

Bildirilir ki, partlayış həmin anbarda qaynaq işləri aparılarkən baş verib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində azı 80 nəfər həlak olub, minlərlə yaralı var. 

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close