Biləsuvarda “Zəfər Günü”nə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Zəfər Günü” münasibətilə ağacəkmə kampaniyası təşkil edilib və polis əməkdaşları xüsusi ayrılmış ərazidə rayonun iqlim şəraitinə daha uyğun olan 100-dən artıq ağac əkiblər. Aksiya çərçivəsində əkilən ağaclar suvarılıb və küləkdən qorunması üçün dirəklər basdırılıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button