Birliyimiz sərvətimizdir

Barmağını uzadıb birini günahlandırdığın zaman digər 3 barmağın səni göstərəcək. Fridrix Nitsşe.

Zənnimcə, hər bir millətin səadəti millətin birliyində və barışığındadır. Milli birliyimiz dövlətin təməlini təşkil edən xalqın vahidliyini formalaşdırır.Azərbaycan hər birimizin ümumi və bölünməz vətəni olduğundan umu-küsülərə yer yoxdur.Bu mənada heç nəyə və heç kimə məhəl qoymadan iradə tapıb bir-birimizə addım-addım yaxınlaşmağı bacarmalıyıq. Qruplara, dəstələrə və müxtəlif ideologiyası olan partiyalara bölünsək “səadəti” səsləsək də o bizi eşitməz, uzaq olub bizdən qaçacaq. Milli birliyimiz üçün səbəb axtarmağa dəyməz,bir yumruq kimi birləşmək lazımdır.Əziz bayramlarımız-Novruz və Ramazan bayramlarını bəhanə edib hərəkətə keçməyə kifayət edər.Milli birlik mənəvi dəyər kəsb edən müstəsna sərvətimizdir.

Millətin gələcəyi və monolit birliyi naminə vaxtında milli barışığa doğru addımlamasaq aramızdakı məsafə kilometrlərlə uzanacaq.

Son zamanlar bəzi həmvətənlərimizin qırmızı zolağı aşan ifadələri cəmiyyətdə əsəb gərginliyi ilə qarşılanır. Belələrinə nə deyəsən? “Dövləti quran”ların da qeyri ciddi davranışları əslində dövlətin siyasətinə qarşıdı. Eyni dövlətə mənsub olanlar bir-birilərini ittiham edir, hədələyirlər. Ümumi marağa xidmət etmək unudulur.

Mən,Azərbaycanın son illər Avropada etibarlı tərəfdaş kimi nüfuz sahibi olmasından, dünyada baş verən proseslərə təsir imkanlarından, söz sahibliyindən `məmnunam.Ən azı terrorizmə,transmilli mütəşəkkil cinayətkarlığa,dini radikalizmə,ümumilikdə beynəlxalq aləm üçün təhlükə yaradan hallara qarşı mübarizədə prinsipallıq nümayiş etdirilir.

Arxasınca söydüyümüz kommunistlərin hakimiyyəti zamanı Sovet İttifaqından imtina etmək, üz döndərmək çox nadir hallarda mümkün olardı.Bunun üçün şərait də,səbəb də olmurdu. Xarici ölkədən Qırmızı meydana-Kremlə barmaq silkələmək,həqarət və liderlərin ünvanına neqativ çağırışlar da ağla sığmazdı.

Sovet vahid ideologiya və vahid qüvvəyə-kommunist ideologiyasına malik idi. Partiya nizamnaməsində vətəndaşlara qayğı ilə yanaşmaq və şikayətlərə çevik reaksiya vermək kommunist ideologiyasının ali məqsədi idi.İttifaqda vahid partiya, vahid komanda, vahid nizamnamə və vahid ideoloji kurs hökmranlıq edirdi. Sovet çox qüdrətli və o qədər güclü idi ki, Avropanın özü də artıq Sovetləşmiş və Kommunistləşmişdi.Amerika və digər qısqanc dövlətlər bir az da gec ayılsaydılar iş işdən keçəcəkdi.BMT və onun sübyektləri sosialistləşəcəkdilər.Dünyanın inkişaf etmiş dövlətlərində bu gün də kommunist həyatı yaşanır,qırmızı bayraqlar dövlətin simvoludur.

SSRİ-nin tifaqı dağılandan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin uzun illər ərzində apardığı ardıcıl siyasət nəticəsində Qorbaçov ələ alındı, satıldı,göstərilən etimada və etibara xəyanət edib sovetin dağılmasına imza atdı…güclü bir ittifaq süqut etdi…Qarabağ ətrafı Azərbaycan əraziləri məqsədli şəkildə,qətliamla,vandalizm və faşist amansızlığı ilə işğala məruz qaldı.Günahsız soydaşlarımız bu”fürsətin”qurbanlarına çevrildi.Sovetdən çox şey”miras”qaldı.Başlarına gəlsin.

Müstəqilliyimizin keçid dövründə vahid ideologiya olmadığından milli ideologiyanı qoruyub saxlamaq çox çətin idi və belə bir mühitdə ölkədə islahatların həyata keçirilməsi, quruculuq işlərində yubanmalar qaçılmaz olurdu.Alturist maraqlara ümumi dəstək olmadığından siyasi yuxular da tərs yozulurdu.

Misal gətirirəm: Tacikistandakı vətəndaş müharibəsindən sonra(1997-2000- ci illər) Tacikistan dövlətinin inkişafı üzrə yeni mərhələyə başlamaq və milli barışığa nail olmaq üçün ümumi razılıq əldə edilmişdi. Bu mərhələ,Tacikistan dövlətinin sonrakı iqtisadi və siyasi həyatında mühüm əhəmiyyət kəsb etdi. İki palatalı parlament yaradıldı, müstəqil fəaliyyət göstərən “Birləşmiş Tacikistan müxalifəti”nin müstəqil fəaliyyətinə icazə verildi. Milli barışıq üzrə komissiya yaradıldı və s.

Milli barışıq üçün tərəflər bir-birilərinin hüquq və səlahiyyətlərini tanıdı, güzəştə getməyi bacardılar, milli maraqlar müdafiə olundu,şəxsi və qrup ambisiyalar kənara qoyuldu.

Ümumiyyətlə hüquq və azadlıqlar milli dəyərlər qədər fundamental əhəmiyyət daşıyıyan müqəddəs etiketlər sırasındadır.İnsan hüquq və azadlıqlarına hörmət və qanunla mühafizə olunmayan cəmiyyətlərdə hüquqi dövlətin mövcudluğu da mümkün deyil.Beynəkxalq hüquq bu məsələnin hər bir dövlətə mənsubluğunu və daxili işi olduğunu rədd edir,hamılıqla tanınmış prinsiplər əsasında həllini imperativləşdirir.Haqqı var.

Ölkəmizin Konstitusiyası da buna önəm verir.Bir-birimizin hüquq və azadlıqlarına hörmətlə yanaşmasaq başqasından hörmət gözləmək sadəlövhlükdür.

İçimizdə hər yaranın və ağrının məlhəmi vardır.Ancaq bir- birimizə vurduğumuz dil və söz yarasının məlhəmi yoxdur.Məzarda canımız çürüsə də bu yaralar çürüməz.

Əziz həmvətənlər!Suya,sabuna toxunmadan hər çirki təmizləmək çox çətindir.Milli birlik və milli barışıq içimizdıki kiri,kini və kidurəti təmizləyən sehirli sabundur.Bir-birimizə baxmaqla baxışlarımızda nifrəti və məhəbbəti sezmək çətin deyil.Eyni istiqamətə birlikdə baxsaq məqsədimiz milli maraqlara xidmət etmiş olar.Axı biz, Azərbaycan dövlətinin təməlini təşkil edən vahid xalqıq və vahidliyimizi Konstitusiya ilə təcəssüm edən Prezidentdir.Kifayət deyilmi?

Rəvayət edirlər ki,qədim Şərqdə müxtəlif qrupa mənsub şəxslər “haqlı bizik”-deyə bir-birilərini ittiham etməkdə yorulmazmışlar.Bir gün,məmmləkətin Padşahı bu iki zümrəni bir araya gətirmək üçün yanına dəvət edir.Qısa sükutdan sonra Padşah soruşur:Aranızda daha çox bilən kimdir,irəli çıxsın.Hamı bir addım önə çıxır. Padşah bundan məmnun olmasa da başqa söz demədən onları süfrəyə dəvət edir. Süfrədə hər cür bol nemət varıymış.Hər birinə yemək üçün qol uzunluğunda bir taxta qaşıq verilir. Alimlər yemək zamanı həmin qaşıqdan çətinliklə istifadə edir,qaşığı ağızlarına apararkən yemək süfrəyə dağılır,üst-başları bərbad hala düşür. Nəticədə süfrədən də ac durub gedirlər.

Padşah sonra bir qrup sufi-dərvişləri saraya dəvət edir. Eyni sualı dərvişlərə də verir.”İçinizdə ən arif,ən bilgili kişi kimdir?” Birincisi yanındakını,ikincisi üçüncünü,üçüncü dördüncünü göstərir…Bu,beləcə davam etmiş,sıradan sonuncu isə birincini göstərərək”Mənəmlik”lə bağlı hər hansı bir iddiada olmadığını təsdiqləyir. Padşah çox məmnun olur və onları da sarayın geniş sfrəsinə dəvət edir.Eyni mənzərə yaşanır-uzun qaşıqlar süfrəyə qoyulur.Arif dərvişlər əlindəki həmin uzun qaşığı öz ağzına yox,yanındakına uzatmaqla bir-birilərinə qulluq edirlər.Bu minvalla birinci ikincini,ikinci üçüncünü…bəsləmiş bir-birilərinə ikram edə-edə yeməklərini duaları ilə tamamlamışlar.Nə yer bulanmış,nə də üst başları.

Bu hikmətli əhvalatı ona görə xatırlatdım ki, ibrət götürək…

”Mən”, ”Mən“deməklə irəliləyiş ola bilməz. Bu dərdlərdən qurtulmaq üçün özümüzə ar bilmədən dostsayaq yaşamalıyıq. Allahın yerdəki eiçiləri, Onun dostları adlandırılır. Dostlar həmişə xəyanətdən uzaq, sədaqətli və səxavətli olublar. ”Bilgili olan kimdir” sualına,yanımızda durana işarə etməklə qarşıdurmadan qurtula bilərik.Bütün bunlar barışıqla və birliklə alınar. Hər birimizə bu yolda Allah dayaq olsun! Amin!

Şəmsəddin Əliyev
24.09.2019

Hamısını Göstər

Related Articles

Back to top button