Blinken: Ukraynanın NATO-ya qəbulu təhlükəsizlik üzrə bir sıra sazişlə dəstəklənəcək

Ukraynanın NATO-ya qəbulu prosesi Kiyev üçün 10 il müddətinə bir sıra ikitərəfli, o cümlədən ABŞ ilə təhlükəsizlik sazişləri ilə dəstəklənəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken Kiyev Politexnik İnstitutunda çıxışı zamanı bildirib.

“İyulda Vaşinqtonda sammit keçirən zaman ​​Ukraynanı NATO-ya inteqrasiyası ilə bağlı davamlı islahatları dəstəkləməklə, güclü Ukrayna ordusunun qurulmasında alyansın rolunu artırmaq üçün nəzərəçarpacaq addımlar atacağıq. Ukraynanın NATO-ya körpüsü isə bir-birini tamamlayan ikitərəfli təhlükəsizlik sazişləri ilə möhkəmlənəcək. Hazırda 32 ölkə Ukrayna ilə bu sazişlər üzrə danışıqlar aparır, onlardan 9-u artıq tamamlanıb”, – Blinken deyib.

O, həmçinin əlavə edib ki, 10 illik razılaşmaya əsasən, ABŞ bir sıra kritik sahələrdə Ukraynanın müdafiəsi və təhlükəsizliyini dəstəkləyəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button