Ucarda narkokuryer saxlanılıb

Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  Polise.az -a verilən məlumata görə, ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb.

Araşdırmalar zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyənləşib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button