BMT-dən çadır yardımı  

Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə yardımlar davam edir.

Polise.az Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 3000 çadır verib. Türkiyənin Əmmandakı səfirliyindən verilən açıqlamada, “Ölkəmizdə baş verən zəlzələ fəlakətinin yaralarını sarmaq üçün BMT QAK tərəfindən verilən 3 minə yaxın çadır Türkiyə Hərbi Hava Qüvvələri, THY və İordaniya Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu bölgələrə daşınıb. BMT, İordaniya səlahiyyətliləri və əməyi keçən hər həs kəsə təşəkkür edirik”,-deyə bildirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button