BMT-nin baş katibi: Dünya uçurumun astanasındadır

Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir.

Polise.az  xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr – Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə X sosial platformasında yazıb.

“Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, – deyə baş katib bildirib.

Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button