“Böyük təmizləmə”: Erməni lobbisi işdən qovulur: Siyahıdakı məşhur adlar

Cari ilin fevral ayından Rusiyanın Baş Prokurorluğu və İstintaq Komitəsi tərəfindən sabiq Baş prokuror Yuri Çaykanın rəhbərlik etdiyi dövrdən bəri işləyən yüksək vəzifəli erməni lobbisinin irimiqyaslı işdən azadolunma prosesi aparılır.

İşdən azad olunan erməni lobbisi özlərini illər boyu toxunulmaz hesab edirdilər. Baş Prokurorluq və İstintaq Komitəsi güclü erməni lobbisini işdən azad etməklə onların mövqelərinə zərbələr endirməyə nail olub.

Bu barədə “smi6.ru” məlumat yayıb.

Rusiyanın ali orqanlarında yüksək vəzifələrdə işləyən erməni lobbisi ümumerməni maraqlarını və siyasətini hər zaman ifadə etməyə çalışıblar.

Rusiyanın Baş Prokurorluğuna yeni təyin olunmuş rəhbər İqor Krasnov öz idarəsində təmizləmə siyasətinə ciddi qərar verib. İşdən azad olunan 20 nəfərin adına baxsaq, hamısı ermənilərdir.

“Baş Prokurorluğun əsas işçilərindən olan Ətraf mühitin mühafizəsi və təbiəti idarəetmə haqqında qanunların icrasına nəzarət şöbəsini müdiri Georgi Avaqumyan, İstintaq və əməliyyat-axtarış fəaliyyətinə nəzarət şöbəsini müdiri Yuri Karapetyan, Beynəlxalq hüquqi əməkdaşlıq üzrə şöbə müdirinin müavini Mnatsakan Sarkisyan öz kreslolarını tərk etməli olublar. Bundan başqa da siyahıda xeyli erməni adları əksini tapıb. Bu siyahıya baxanda düşünürsən ki, Rusiya ali orqanının yüksək vəzifələri kimlərə tapşırılıbmış. Onların sayı o qədər çox olub ki, onlar özlərini güclü erməni lobbisi kimi hiss ediblər”,-d eyə məqalədə yazılıb.

İşdən qovulan “Çaykanın qvardiyası” indi yeni Baş prokuror Krasnovla yaxın əlaqə qurmaq üçün “fırıldaq yollar” axtarır.

Saytın yazdığına görə, Rusiya Baş Prokurorluğunun əsas fiqurlarından biri Avaqumyan Kamo Kimoviç idi. O, eyni zamanda Ermənistanın Baş Prokurorluğunun nümayəndəsi statusu altında gizlənən şəxs olub. Onun həmçinin şəxsi biznesi də var. O, Rusiyada “Mercedes Benz” və “Maybach”ın rəsmi dileri olan “Avilon” şirkətinin yaradıcısı və ortaq sahibi olmaqla avtomobil biznesindən külli miqdarda pul qazanıb.

Avaqumyan bir çox həssas cinayət işlərində “vasitəçi” rolunda çıxış edib.

O, həmçinin sabiq Baş prokuror Çaykanın oğulları ilə və Prokurorluğun digər vəzifəli şəxsləri ilə ortaq biznes layihələri həyata keçirib.

Hər işdə “səriştəsi” olan Avaqumyan sabiq Baş prokuror Yuri Çayka ilə də həm işdə, həm də işdənkənar sıx əlaqə qurmağa müvəffəq olmuşdu.

Avaqumyan öz qohumlarını Baş Prokurorluqda yüksək vəzifəli işlərə təyinat verməkdən də usanmayıb. Onun qohumlarından biri də Rusiya Mərkəzi Bankında işləyən Nersesov idi. Nersesov 2016-cı ildə ciddi nöqsanlara yol verdiyinə görə işdən kənarlaşdırılıb.

Nersesov İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-ci şöbə müdirinin keçmiş müavini Roman Fursov ilə ortaq olaraq cinayətlər həyata keçirib. O, Fursov ilə birlikdə Moskvada Mərkəzi Bankdan rüşvətlər tələb etməyə cəhd göstərib.

Keçmiş Baş prokuror Yuri Çayka hər zaman ətrafındakı erməni mühitindən öz biznesi üçün istifadə edib.

Avaqumyanın oğlu Georgi Kamoyeviç Avaqumyan da Baş Prokurorluqda işləyib. O, Baş Prokurorluğun nəzdində Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlərdən İstifadə Qanunlarının İcrasına Nəzarət İdarəsinin rəhbəri olub. Bu iş də Avaqumyan ailəsinin biznesinə çevrilmişdi. Harınlamış Avaqumyanlar “zibil biznesi” ilə də məşğul olmağı özlərinə layiq görmüşdülər. Rusiya Baş prokuroru tərəfindən işdən qovulan erməni lobbisinin nümayəndələrindən biri də təsadüfi deyil ki, məhz Georgi Kamoyeviç Avaqumyandır.

Avaqumyan ailəsi sabiq Baş prokuror Yuri Çaykanın ailə biznesini idarə etməklə özlərinə də xeyli mənfəət götürməyi də rəva bilib.

“Hazırda işdən qovulan erməni lobbisi Rusiya hüquq mühafizə orqanlarının iş prosesinə mane olmağa çalışır. Bu, bir faktdır…”,-deyə sayt yazıb.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button