Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

Böyük Britaniya Əfqanıstandan demək olar ki, bütün hərbi kontingentini çıxaracaq.

Bu bürədə “The Times” öz mənbələrinə istinadla xəbər yayıb.

Qəzetin yazdığına görə, Əfqanıstanda təxminən 750 britaniyalı hərbçi var, onların orada qalması ABŞ hərbçilərinin regiondan çıxmasından sonra çətinləşəcək.

Bu, britaniyalı hərbçilərinin əsasən ABŞ-ın Əfqanıstandakı bazalarına və infrastrukturuna güvənməsi ilə əlaqədardır.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden mayın 1-nə qədər bütün qoşunlarını Əfqanıstandan çıxara biləcəyini, ancaq bunun çətin olacağını demişdi. Onun sözlərinə görə, səlahiyyətlilər hələ ki bu  barədə son qərar verməyiblər.

Hamısını Göstər

Related Articles

Back to top button