Britaniya Ukraynaya hərbi təlimatçılar göndərmək istəyir

Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps ölkəsinin ukraynalı hərbçilər üçün hazırlıq proqramını genişləndirəcəyini, təlim və hərbi texnika istehsalını Ukraynaya köçürəcəyini bildirib.

Polise.az  xəbər verir ki, bu barədə müdafiə naziri “The Telegraph”a müsahibəsində deyib.

London Böyük Britaniya və digər Qərb ölkələrində Ukrayna Silahlı Qüvvələrinin təlimini tamamlamaq üçün Ukraynaya hərbi təlimatçılar göndərmək istəyir.

Qəzetə müsahibəsində Şepps hərbi rəhbərliklə “daha ​​çox təlim və hərbi texnika istehsalının” Ukraynaya köçürülməsi ilə bağlı danışıqlar apardığını söyləyib.

O həmçinin Britaniya müdafiə şirkətlərini Ukraynada fabriklər açmağa çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button