“Bu millətin səbri böyük… Dözür, dözüm həddinəcən… Sonrası olmur…”
Çox hörmətli həmvətənlər!
Müharibə, lakin atəşkəs şəraitində yaşadığımız günlər döyüşlə davam edir. Unutmayaq, sonuncu əsgərımiz şəhid olub basdırılan ana qədər döyüş bitməmişdir. ATƏT-in müsəlmanların olmadığı Minsk qrupu uzun illərdir bizim milli qürurumuzu aşağılayan bəyanatlar verir, Beynəlxalq hüququn bütün – 10 prinsiplərinə müstəsna hörmətsizliklə yanaşırlar. Məqsəd, məsələni uzatmaqla (qəsdən uzadırlar) ölkə, xalq üçün əhəmiyyətini və süverenlik dəyərini itirməkdən ibarətdir..
Bu, erməni havadarlarının da istəyi və məqsədidir.
Azərbaycana, Türk dünyasına qarşı qısqanclıq var, bizim inkişafımızı, dempkratiya istiqamətindəki islahatları şübhə altına alır, ünvanımıza sərsəm bəyanatlar verirlər. Avropadan bütün dünyaya idxal olunan korrupsiya və digər vəzifə cinayətlərinə qarşı aparılan mübarizəyə kolgə salır, qeyri-ciddi fikirlər səsləndirirlər. İndiki halda Azərbaycanın yuxarıda dayağı uca Allah, yerdə isə Türkiyə və türk dilli-müsəlman dövlətləridir. Bu durumda bir tərəfdən görünməz pandemiya, diğər tərəfdən avropada siyasi dayaqları olan və faşist xislətli ermənistanla mühəribə vəziyyətində Ali Baş komandanın vəziyyətini təsəvvür edək… Çətin və mürəkkəb bir situasiyada qərar tutmaq, durmaq hər oğulun işi deyil. Hələ bəzi məmurların özbaşınalıqlarını dilə gətirmirəm…
Bir bayraq altında sıx birləşməliyik. Tarix boyu bu mənfur, alçaq niyyətləri ilə seçilən hiyləgər, ikiüzlü və riyakar düşmən məqam tapan kimi bizdən -Sapı da bizdən olan baltalarla qisas alıb…
Yenə hər şey unudulub…
Erməni gəlinlərimizin bətnində böyüyən azərilər qisas almağı bizlərə unutdurub. Bu,erməni kürəkənləri isə həmişə yuxarı postlarda oturmaqla dayılarına yardımçı olub, qaynatalarına sədaqət nümayiş etdiriblər, Azərbaycana yox. İndi də belə səlahiyyət sahibləri orduda və başqa qurumlarda var, “agentlik” edirlər. Çörəklərini belə qazanır, başımızda turp əkirlər…
İçimizdə olan, erməni qarnından zuhur edən “Azərbaycan” vətəndaşlarını tutduğu mövqedən asılı olmayaraq səfərbər edib ön cəbhəyə göndərmək lazımdır. Qoy dayıları ilə savaşa çıxsınlar. Amma elə bilirsiniz onları ölkədə tapa biləcəyik? Yox. Onların əksəriyyəti bizim sərvətimizlə xaricdəki qohumlarının yanında, birlikdədirlər. Milyonu ötən mənzilləri, rifah halı və həyat səviyyələri bizdən fərqlidir… Bizlər döyüşə könüllü yollandıq. Onlar hərbi xidmətdən avropada təhsil adı altında yayındılar, indi də qəsdən döyüşdən uzaqlaşırlar. Azərbaycanı özlərinin Ana vətəni kimi qəbul etmirlər. Ümumiyyətlə nə şəhidlər sirasında, nə də döyüşçülər arasında nə onda, nə də indi ermənipərəst məmur balaları olmamışdır.
Mən, 92-ci ildə Laçın, Qubadlı, Turş su ətrafındakı döyüşlərdə bunun şahidi oldum, belələri yox idi sıramızda, bir nəfəri var idi, xəstəlik bəhanəsi altında 30 dəqiqədən çox döyüş bölgəsində qalmadı,vertolyotla tez Bakıya apardılar… İclaslarda deyirmiş ki,mən döyüşmüşəm…
Belələri dinc dövrdə də həmişə vəzifələrdə olublar… Çox acı bir təssüf…
Ermənilərlə Atəşkəsə nahaq razılaşdıq. Uzun illərdir bu saziş pozulur, irad tutan, barmaq silkələyən, beynəlxalq qınaq belə yoxdur. Çünki sənədin özü hüquqi sənəd sayılmır! Görün, kimlərə aldandıq. Bu sənəd ancaq ermənilərə divident gətirdi, bizə isə utanc…
Tanrı! İmdadımıza yetiş! Səndən qeyri yardımçımız yox! Ordumuza dayaq ol!
Bu millətin səbri böyük.
Dözür, dözüm həddinəcən…Sonrası olmur…