Bu partiyanın fəaliyyətinə XİTAM VERİLDİ
Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verilib.
Bununla bağlı partiyanın sədri Qubad İbadoğlu paylaşım edib. Bildirib ki, Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb:
“Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik”, – deyə o qeyd edib.
Bildirək ki, ADR 2021-ci ilin oktyabrında partiyaya çevrildiyini elan etsə də, qurumun dövlət qeydiyyatı ilə bağlı bütün müraciətlərinə mənfi cavab verilib.