Bu şəxslərə general rütbəsi verildi

Daxili İşlər Nazirliyinin 3 əməkdaşına general rütbəsi verilib.
Polise.az xəbər verir ki, onlar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Nemətov, DİN Katibliyinin rəisi Nahid Məmmədzadə və Çevik Polis Alayının rəisi Ramil Piriyevdir.
Polis polkovniki olan hər üç şəxsə polis general-mayoru xüsusi rütbələri verilib.



