Burhanəddin Duran: Türkiyə “İsrailin tələsinə” düşməyəcək

Türkiyə Prezident Aparatı İsrailin Suriyanın şimalındakı hava bazasına zərbə endirməsindən sonra Təl-Əvivin qurmağa çalışdığı “tələyə düşməyəcək”.

AFP-nin xəbərinə görə, bunu Türkiyə PA-nın kommunikasiya şöbəsinin direktoru Burhanəddin Duran bildirib.

“Biz Benyamin Netanyahu kimi bölgəmizdə sülhü və sabitliyi pozmağa çalışan şəxslərin tələsinə düşməmək üçün kifayət qədər təcrübəliyə malikik”, – o deyib.

Bir müddət əvvəl İsrail Türkiyə hərbi nümayəndə heyətinin bu yaxınlarda zərbə endirilən hava bazasına baş çəkdiyini bildirmişdi. Ankara belə bir səfəri təkzib edir. Lakin Suriya xarici işlər naziri Əsəd əl-Şeybani bir gün əvvəl Türkiyə hərbi heyətinin bu yaxınlarda hava bazasına baş çəkdiyini təsdiqləyib. Onun sözlərinə görə, ora türk hərbi heyətinin yerləşdirilməsi planlaşdırılmır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button