Tramp: İrana qarşı hərbi variantlar qüvvədə qalır

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi variantların hələ də mümkün olduğunu bildirib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-nin İrana münasibətdə iqtisadi təzyiq strategiyasına keçməsinin hərbi variantların artıq nəzərdən keçirilmədiyi anlamına gəlib-gəlmədiyi barədə suala Tramp mənfi cavab verib.

“Xeyr, qətiyyən yox”, – ABŞ lideri bildirib.

Tramp daha əvvəl İran rəhbərliyinin nümayəndələrinin həlak olmasının Vaşinqtonla Tehran arasında danışıqları çətinləşdirdiyini söyləyib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button