Cəlilabadda karantin qaydalarını pozan restoran cərimələnib

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Xəzri” restoranının karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib. Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub

Hamısını Göstər

Related Articles

Back to top button