Candargöl su anbarından birgə istifadə məsələləri müzakirə edilib

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələri Gürcüstanda səfərdə olublar. Səfər “Gürcüstan Meliorasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəvəti ilə reallaşıb.

Polisə.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb.

Həmçinin səfər zamanı Qardabani suvarma sistemlərinə də baxış olub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button