Çavuşoğlu: “ABŞ bizimlə Qafqazda əməkdaşlıq etmək arzusundadır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalında güdəmə aid bir sıra sualları cavablandırıb.

O qeyd edib ki, ABŞ Türkiyə ilə bir çox bölgələrdə, o cümlədən də Qafqazda əməkdaşlıq etməkdə maraqlıdır.

“ABŞ-ın sadəcə Liviya və Suriya məsələlərində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqazadək bir çox regionda bizimlə əməkdaşlıq etmək arzusunda olduğunu görürük”, – deyə nazir bəyan edib.

Çavuşoğlu Rusiyadan əldə olunan S400 raket kompleksləri səbəbindən ABŞ-ın narazılığına dair də fikir bildirib. XİN rəhbəri bu işlərin bir tərəfin təkidilə həll olunmadığını, Qərbin təminat verəcəyi təqdirdə eyni tipli silahların onlardan da alınacağını qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button