Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.

Polise.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə baş tutan tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

O, konfransın şəbəkənin və üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova 2021-ci ilin noyabrında Madrid şəhərində baş tutmuş təsis iclasından bəri Parlament Şəbəkəsinin konfranslarının iştirakçılarının sayının davamlı olaraq artdığını söyləyib. Parlament sədri Şəbəkənin böyüməyə və sıralarına yeni üzvləri qəbul etməyə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Parlament Şəbəkəsi, Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunu təmsil edir. Bu, təkcə Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin təşviqinə sadiqliyi deyil, həm də parlamentlərimiz arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək niyyətində olduğumuzu göstərir.

Bu ilin yanvar ayında Uqanda Respublikasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşündə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırladan Milli Məclisin sədri deyib ki, ölkəmizin sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin, birliyin və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi sadiqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması, həmçinin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması istiqamətində atılan ilk addımlar Hərəkatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.

S.Qafarova çıxışında bildirib ki, Parlament Şəbəkəsi yarandığı gündən öz fəaliyyətini icra hakimiyyəti orqanlarının qərarları ilə əlaqələndirir, onları öz fəaliyyətində və yekun sənədlərində əks etdirir. Üzv dövlətlərin hökumətləri ilə belə sıx əməkdaşlıq Şəbəkəyə Qoşulmama Hərəkatının idealları və dəyərlərinin təşviqinə parlament töhfəsini verməyə imkan verib. O xatırladıb ki, Parlament Şəbəkəsinin 2023-cü ilin mart ayında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş ikinci konfransı zamanı Şəbəkənin Əsasnaməsinə edilən bir sıra əlavə və düzəlişlər, Parlament Şəbəkəsinin fəaliyyəti üzrə iş qaydalarının işlənib hazırlanması və təkmilləşdirilməsinə yönəldilib. Şəbəkənin gələcək institusional inkişafı istiqamətində iş davam etdiriləcək. Spikerin sözlərinə görə, Parlament Şəbəkəsinin Büro və Daimi Komitələrinin formalaşdırılması onun institusional potensialını və səmərəli fəaliyyətini daha da gücləndirəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button