Ceyhun Bayramovdan Türkiyə XİN-ə təşəkkür

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ermənilərin Bərdəyə raket zərbəsi endirməsi və bunun nəticəsində mülki şəxslərin, eyni zamanda azyaşlıların həlak olması ilə bəyanat yayan Türkiyə XİN-ə təşəkkür edib.

Bununla bağlı nazir “Twitter”də status paylaşıb.

Sevincimizi və kədərimizi bölüşən qardaş #Türkiyə, çox sağ ol!

Ermənistanın növbəti müharibə cinayətini şiddətlə qınayır və düşmənin namərd hücumunun qurbanlarının ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk!

Vətən sağ olsun!#Birmilletikidevlet https://t.co/5UE9TJ5aRo— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 27, 2020

Hamısını Göstər

Related Articles

Back to top button