Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanıldı

Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 99, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button