Dəhşət: Bakıda qaldırıcı kran aşdı: Ölən və yaralanan var

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində 1 nəfər – kranın sürücüsü dünyasını dəyişib. 8 mərtəbəli yaşayış binasının sonuncu mərtəbələrində olan iki mənzilin damına ziyan dəyib.

Mənbə
trend.az
Hamısını Göstər

Related Articles

Back to top button