Dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanılıb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata görə, keçirilən
əməliyyat tədbirləri nəticəsində rayon sakini olan bir vətəndaşı aldadaraq onun xeyli miqdarda pulunu
dələduzluq yolu ilə mənimsəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Abiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, F.Abiyev zərərçəkənin etibarından istifadə edərək, ondan bir
yaxınının dayandırılan təqaüdün bərpa olunmasına görə 3700 manat, həbsdə olan bir qohumunun
sərbəst buraxılmasına görə isə 6500 manat alaraq, ümumilikdə zərərçəkənin 10200 manat pulunu
dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, F.Abiyev barəsində rayon
məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər F.Abiyevin
əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng
Mərkəzinə, həmçinin Salyan RPŞ-nə məlumat vermələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button