Daxili işlər naziri Mingəçevirdə vətəndaş qəbulu və sıra baxışı keçirib


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 18-də və 19-da Mingəçevir Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Həmin gün nazir 96 vətəndaşı dinləyib, 32-si Vətən müharibəsi iştirakçısı olmaqla 225 gənci polis orqanlarında xidmətə qəbul edib.

Bu barədə Polise az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazir əvvəlcə Mingəçevir şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 32-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button