DİN-də yüksək vəzifəyə təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis kapitanı Səttar Əliyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

O, bu təyinata qədər həmin idarədə baş əməliyyat müvəkkili kimi çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad edilərək, həmin idarənin rəis müavini təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button