DİN: Polis əməkdaşları itkin düşən bir neçə nəfəri tapıb

Daxil olmuş müraciətlər əsasında mayın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 16-da Qazax rayonunun Kəmərli kəndində itkin düşmüş 2004-cü il təvəllüdlü qadın tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə  Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin aprelin 29-da Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış sahəsində 2 azyaşlı övladı ilə itkin düşmüş 1994-cü il təvəllüdlü qadın, mayın 13-də Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü qadın, mayın 19-da Salyan rayonunda itkin düşmüş 2007-ci il təvəllüdlü qız, mayın 20-də isə Sumqayıt şəhərinin ərazisində itkin düşmüş 2008-ci il təvəllüdlü qız və Binə qəsəbəsində itkin düşmüş 2009-cu il təvəllüdlü oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button