DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının öldürülməsi məsələsi ilə bağlı istintaq Baş Prokurorluq tərəfindən aparılacaq.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun göstərişi əsasında qurumun İstintaq İdarəsinə həvalə edilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button