Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur 

Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur.

Polise.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İlk dəfədir ki, iki turlu seçimə şahid oluruq. Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur. Yenə də arxayınlaşmaq olmaz – deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edəcək.

Türkiyə vətəndaşları Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcəklər.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button