Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı
![](/wp-content/uploads/2020/07/muharibe2-1-780x470.jpg)
“Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, nəticədə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib:
“Mülki şəxslər arasında xəsarət alan yoxdur”.