Düşməndən Qarabağ ermənilərinin sayı ilə bağlı əcaib iddia – növbəti saxtakarlıq

Ermənistan və Qarabağdakı qondarma rejim Azərbaycan ərazisində yaşayan və oradan qaçmış ermənilərin sayını süni şəkildə artırmaqda, rəqəmləri saxtalaşdırmaqda davam edir.

Erməni mənbələrinə istinadən xəbər verilir ki, Qarabağdakı qondarma rejimin “operativ qərargah”ı hazırda Qarabağdan olan 25 min nəfər “köçkün”ün Ermənistanda yaşadığını iddia edib. İddia olunub ki, Qubadlı və Zəngilan ərazisindən guya 2720 ailə (10 329 nəfər), Hadrutdan 2388 ailə (8529), Şuşadan 410 ailə (1632), Xocavənddən 96 ailə (424), Ağdərədən 57 ailə (309), “Şaumyan”dan (Kəlbəcərdə işğal dövründə yaradılan qondarma rayon) 540 ailə (2772) “köçkündür”.

Üstəlik, iddia olunub ki, indiyədək 100 min nəfər Dağlıq Qarabağa qayıdıb.
Ermənilər saxtakarlıqda bütün sədləri ötüb keçdiklərini nümayiş etdirməkdədirlər. Qeyd edək ki, Rusiya sülhməramlılarının hesablamasına görə, Qarabağa 56 min nəfər qayıdıb. Ancaq bir sıra beynəlxalq ekspertlər qayıdanların sayının 25 min nəfər olduğunu bildirir. Belə görünür ki, erməni tərəf süni şəkildə rəqəmləri artırmaqla işğal dövründə həyata keçirə bilmədiyi süni məskunlaşmanı reallaşdırmaq istəyir. “Say çoxluğu”na nail olmaqla nə isə əldə edəcəklərini zənn edirlər.

Ancaq belə saxtakarlıqlar keçməz. Necə ki, Azərbaycan Prezidenti dəfələrlə İrəvanın bu siyasətini ifşa edən fikirlər səsləndirib. Hələ ötən ilin noyabrında dövlətimizin başçısı Ermənistan tərəfindən guya, Dağlıq Qarabağdan 90 min erməninin qaçqın düşməsinə dair səsləndirilən fikirlərə aydınlıq gətirərək, bunu Ermənistanın növbəti uydurması adlandırmışdı.

eis7.jpg (33 KB)

Sitat: “İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir.

Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?”

Belə görünür ki, Azərbaycan Prezidentinin düşməni ifşa ilə bağlı mövqeyindən sonra Ermənistan tərəf Qarabağın erməni əhalisinin sayını daha 90 mindən 125 minə (!) qaldırmaqla diasporadan daha çox pul qoparmaq istəyir. Ancaq Azərbaycan ərazisində “bazar açmaq” cəhdi baş tutmayacaq, bunu tez anlasalar, özlərini xilas etmiş olarlar…

Hamısını Göstər

Related Articles

Back to top button