Düşmən niyə məhz Tovuzu hədəfə alıb? – Politoloqdan şərh

“Bu bir nəbz yoxlamasıdır”.

Bu sözləri açıqlamasında son günlər Tovuz istiqamətində döyüşlərin yenidən intensivləşməsinin nəyin göstəricisi olması məsələsinə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

“İrəvan hər bir halda çalışacaq ki, növbəti təxribatları məhz Ermənistan-Azərbaycan sərhədində törətsin. Ona görə ki, sərhəddə törədilən istənilən hərbi təxribat Azərbaycanın sərhəddən o tərəfə irəliləyə bilməyəcəyi faktını ortaya qoyur. Əks təqdirdə, Azərbaycanı aqressiyada ittiham edəcəklər ki, bu da tərəzinin gözündə işğalçı İrəvanla Bakını bərabərləşdirəcək”.

N. Mirinin fikrincə, belə hərbi təxribatların sərhəddə törədilməsi Qarabağ cəbhəsində baş verən prosesi unutduraraq, ikinci plana, pərdə arxasına çəkir:

“Məsələnin ikinci tərəfi isə odur ki, təxribat sərhəddə baş verərsə və Azərbaycanı guya işğalda ittiham edərlərsə, bu Rusiyanın nüvəsi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə müdaxilə etməsinə zəmin yaradar.

Bu da erməni hiyləsi və niyyətindən xəbər verən bir məsələdir. Ən nəhayət, Tovuz istiqamətində növbəti erməni təxribatı bir nəbz yoxlamasıdır.Sərhəddəki Azərbaycan Ordusunun vəziyyətini müəyyənləşdirmək istəyirlər.Ona görə düşünürəm ki, bu cür hadisələr hələ davam edəcək”.

Politoloq qeyd etdi ki, Ermənistan əsas təxribatını nə zaman törədəcəyi istiqamətində ciddi hazırlıqlar aparır:

“Düşünürəm ki, o gün heç də uzaqda deyil. Hiss olunur ki, İrəvan müxtəlif qüvvələri Ermənistana cəmləşdirməklə ciddi hərbi təxribatın törədilməsinə hazırlaşır. Sərhəd zonasında və ya Qarabağ cəbhəsində belə təxribatlar ola bilər. Ona görə də bu cür qısa müddətli təxribatlar təbiidir. Hər bir halda Azərbaycan hazırlıqlı olmalıdır”.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button